Xəbər lenti

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var
Ölkə 17:44 30.03.2026

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "VAZ-21011" və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən 1973-cü il təvəllüdlü Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb.
--> -->