Xəbər lenti

İlham Əliyev və Fridrix Merz mətbuata bəyanatlarla çıxış edib (YENİLƏNİB)
phrase_var_qaynar. 16:24 21.07.2026

İlham Əliyev və Fridrix Merz mətbuata bəyanatlarla çıxış edib (YENİLƏNİB)

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

Qaynarinfo xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
 
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
 
Daha sonra Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.
 
***
 
İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Merzin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunulub, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Merzə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilib.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merz Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->