Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvləri (AKP) hazırlanmaqda olan konstitusiya islahatları çərçivəsində respublikanın yarımprezidentlik idarəetmə formasına keçidi məsələsini müzakirə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ekonomim" qəzeti partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Partiyada hesab edirlər ki, belə dəyişiklik parlamenti gücləndirməyə və hakim partiyanın orada çoxluğunu təmin etməyə kömək edə bilər.
Təklif olunan dəyişikliklər çərçivəsində, xüsusilə birmandatlı seçki sisteminə keçid nəzərdə tutulur. Nəşr qeyd edir ki, bu məsələ yaxın vaxtlarda Türkiyə Demokratiya Fondunun nümayəndələri ilə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə də qaldırılıb.
Rəsmi Ankara qəzetin yaydığı məlumatı hələ şərh etməyib. Ərdoğan isə daha əvvəl dəfələrlə Türkiyənin prezident üsul-idarəsindən parlament idarəetmə sisteminə qayıtması imkanları ilə bağlı müzakirələri faydasız hesab etdiyini bildirib.
Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərinin qəbul edilməsindən sonra 2018-ci ildə prezident idarəetmə sisteminə keçib.
Aydın
Şərhlər