2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır.
Qeyd edilir ki, məktəblərin 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərir. Bakı məktəblərində oxuyan şagirdlərin sayı isə 542 min 919 olub və ümumi şağirdlərin 31,8%-ni təşkil edib.
Əgər ölkə üzrə bir məktəbə düşən orta şagird sayı 385 olubsa, bu göstərici Bakı şəhərində 1 396 olub.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin 99,2%-i və ya 4 388-i dövlət, 34-ü isə özəl məktəb olub.
Özəl məktəblərin 28-i Bakı, 2-si Sumqayıt, 2-si Xırdalan (Abşeron), 1-i Gəncə şəhərində fəaliyyət göstərib. Rayonlar arasında isə yalnız Balakən rayonunda 1 ədəd özəl ümumi təhsil müəssisəsi var.
Müqayisə üçün bildirək ki, 2023/2024-cü tədris ilinin əvvəlində qonşu Gürcüstanda 2 296 ümumi təhsil müəssisəsi olub və bunların 90,8%-i və ya 2 086-ı dövlət, 210-u isə özəl məktəb olub.
Gürcüstanda ümumi təhsil müəssisələrində 634,3 min şagird oxuyur. Şagirdlərin 89,5%-i dövlət, 10,5%-i isə özəl məktəblərdə təhsil alır.
Şərhlər