Dünyada temperatur 4-5 dərəcə artsa, Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, lakin İqlimə dair Paris razılaşmasına əməl edilərsə, bu gösəricinin 20-25 % çivarında olacaq.
"Biz indidən hazır olmalıyıq ki, gələcək illərdə bu problemlərlə üzləşməyək. Bəzən olur ki, quraqlıq illərdə illik normanın 40-50 %-i qədər su olur və bu kəskin su qıtlığına səbəb olur. Bu səbəbdən də indidən infrastrukturumuzu hazır etməliyik",-deyə o qeyd edib.//Trend
Şərhlər