Fransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən son dərəcə narahat olduğunu və Minsk Vasitəçilər Qrupunun Dağlıq Qarabağ məsələsi ilə məşğul olduğunu vurğulayıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, yaxın gələcəkdə qrupdakı həmkarlarına - Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampı çağırmaq niyyətindədir.
Makron qeyd edib ki, Minsk Qrupu nazirlərinin də çərşənbə axşamı Dağlıq Qarabağla bağlı danışacaqlarını və cümə axşamı AB sammitində şəxsən "bu demarşlar" barədə məlumat verəcək:
"Bu gecə fikir mübadiləsi aparmaq və bu vəziyyətdən çıxış yolları təklif etmək üçün prezident Putinlə, sabah isə prezident Tramp ilə bu mövzuda əlaqə qurmağı planlaşdırıram".
Makron Qarabağdakı böhranın bir çox digər regional münaqişələr kimi Rusiyanın iştirakı olmadan həll edilə bilməyəcəyini də vurğulayıb.
Fransa prezidenti, eyni zamanda, Türkiyənin "Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları inkişaf etdirməyə sövq edən hərbi bəyanatları”nı da qəbuledilməz adlandırıb.
Alpər
Şərhlər