Xəbər lenti

Ölkə 16:38 16.04.2026

"Azərkosmos"un nizamnamə kapitalı 100 milyon manata yaxın artırıldı

Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kosmik Agentliyin ("Azərkosmos") Nizamnaməsi"ndə dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Azərkosmos"un nizamnamə kapitalı 94 000 000 manat və yaxud 19,85 % artırılaraq 473 605 880 manatdan 567 605 880 manata çatdırılıb.
--> -->