"Bura zibil atanın atasına lənət", "Zibil atanın ölüsünə, dirisinə lənət", "Ay eşşək, bura zibil atma" kimi yazılar heç birimizə yad deyil.
Hamımız azı bir dəfə olsun binaların bloklarında, zibil yeşiklərinin qoyulduğu yerlərin divarlarında və Bakının müxtəlif yerlərində bu tip ifadələrə rast gəlmişik.
Heç olmasa latın qrafikası ilə yazaydınız, əlifbamız çoxdan dəyişib
Bu problem Naxçıvanda illər öncə öz həllini tapıb, amma paytaxtımız hələ də "zibil problemi" ilə əlləşməkdədir. Naxçıvanın ən ucqar kəndlərinə belə ayaq bassanız, yerdə bir ədəd zibil görə bilməzsiniz. Xeyr, zənn etdiyiniz kimi bu problem cərimələməklə, cəza tətbiq etmək yolu ilə həll olunmayıb. Sadəcə olaraq, insanlar məlumatlandırılıb və qaydalara riayət etmə mədəniyyəti formalaşdırılıb. Belə ki, həftədə 1 dəfə ucqar kəndlərə zibil maşını gedir və aşağıdakı qutulara elə həmin gün atılan zibillər toplanılaraq aidiyatı yerə aparılır.
"Zibil yeşiyi" yox, "Təmizlik qutusu"
Paytaxtın zibil kimi problemi var...
Elə olur ki, Bakıda prospekt boyu, küçə boyu zibili atmağa yer tapa bilmirsən. Bu problemlə dəfələrlə qarşılaşmışam və sizlərin də nə vaxtsa qarşılaşdığınıza əminəm. Həmin anda əlindəki su butulkasını, enerji içkisinin qabını var gücünlə yerə çırparaq, qışqarmaq, bağırmaq istəyirsən. Amma edə bilmirsən. Bilmirəm, bəlkə də başqaları edir, amma mən etməmişəm. Hətta dəfələrlə əlimdəki zibillə metroya, marşruta mindiyim də olub.
Təyinatı zibil atmaq olmayan gül dibçəyi - Elmlər Akademiyası metrostansiyasının yaxınlığı
İndisə gələk məsələnin kuliminasiya nöqtəsinə - lap əvvəldə yazdığım ifadələrə. Divarlara söyüş yazmaq ənənəsi hər yerdə var. İstənilən ölkədə divar yazılarına, küçə sənətinə rast gəlmək olar. Təəssüf ki, bizdə küçə sənətindən daha çox küçə sözlərinə rast gəlinir. Özü də paytaxtın düz mərkəzində, ictimai yerlərin girişində.
Bir turist tərcüməsin soruşsa, nə deyərik? Bunu heç düşündünüzmü?!
Paytaxt incəsənəti - Nəriman Nərimanov parkının girişi
Təyinatı zibil yığmaq olmayan bulaq - Hüseyn Cavid parkı
Turistlər üçün altyazı - "Littering is harmful for your father"
Çingiz Səfərli
Şərhlər