Xəbər lenti

Bakıda 61 yaşlı kişi
Ölkə 14:52 16.02.2024

Bakıda 61 yaşlı kişi "Sevgililər" parkında qışqırdı, həbs edildi

Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən "Sevgililər" parkında ucadan qışqıran şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1963-cü ildə Gəncə şəhərində anadan olmuş Afdandil Səfərov (ad-soyad şərti) əsəbi olduğu üçün "Sevgililər" parkında ucadan qışqıraraq, söyüş söyüb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən 61 yaşlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->