Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 680 manat dəyərində qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 62 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə ayrı-ayrı vaxtlarda 2 nəfərin ümumilikdə 556 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 41 yaşlı İ.Mahmudov və 64 yaşlı İ.Abiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Şərhlər