Xəbər lenti

Bakıda kişi onu nişanlamağa qoymayan qadını döydü - Məhkəmə qərarı
Ölkə 14:10 10.07.2024

Bakıda kişi onu nişanlamağa qoymayan qadını döydü - Məhkəmə qərarı

Bakıda kişi iki dəfə nişanlanmasına maneə olan qadını döydüyü üçün saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1992-ci il tarixdə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M adlı qadını Nərimanov rayonu, Ağa Neymətulla küçəsində döyərək xəsarət yetirib. 

O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə maneə olması ilə göstərib: "İki dəfə nişanlanmağıma maneə oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə onu polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->