Bakıda fəaliyyət göstərən bəzi marşrut avtobusları artıq sıradan çıxıb. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez şikayətlər daxil olur.
Qaynarinfo xəbər verir ki, bənzər hadisələrdən birini də jurnalist Rövşən Əsədov lentə alıb. O, sosial şəbəkə hesabında 131 saylı marşrut avtobusunun nömrəsinin çin, yaxud koreya dilində yazılmasına ironik şəkildə münasibət bildirərək, "Siz artıq Koreyaya birbaşa "Koroğlu" metrostansiyası yaxınlığındakı dayanacaqdan gedə bilərsiniz", yazıb.
Qeyd edək ki, sözügedən sərnişin avtobusu "Koroğlu" metro stansiyası -Maştağa marşrutu üzrə hərəkət edir.
Həmin fotoları sizlərə təqdim edirik:
Şərhlər