Xəbər lenti

Hindistanda tualet tikintisi üzrə dövlət proqramı uşaq ölümlərini azaldıb - 16,7 milyard xərclənib
Dünya 20:28 02.10.2024

Hindistanda tualet tikintisi üzrə dövlət proqramı uşaq ölümlərini azaldıb - 16,7 milyard xərclənib

Hindistan hökuməti tərəfindən 2014-cü ildə başlanmış Təmiz Hindistan Ev Təmizliyi Layihəsi əsasən kənd yerlərində 117 milyondan çox ev təsərrüfatını lazımi tualet və kanalizasiya ilə təmin edib.

Qaynarinfo "Nikkei" nəşrinə istinadən xəbər verir ki, hökumət bu layihənin həyata keçirilməsi üçün 1,4 trilyon rupidən (16,7 milyard dollar) çox vəsait ayırıb. Alimlər hesablayıblar ki, Hindistan evlərində sanitar şəraitin yaxşılaşdırılması ildə 60-70 min körpənin həyatını xilas edir.

Proqramın birinci mərhələsində Hindistanın kəndlərində qapalı tualeti olan ev təsərrüfatlarının nisbəti 2014-cü ildəki 39%-dən 2019-cu ildə 100%-ə yüksəlib. Bundan əlavə, kənd yerlərində 110 milyondan çox ev təsərrüfatları kanalizasiyaya və su kəmərinə qoşulub, su ilə təmin olunmuş ev təsərrüfatlarının ümumi nisbəti 74%-ə çatdırılıb. Proqramın 2025-ci ilə qədər davam edəcək ikinci mərhələsi vətəndaşların evlərində tam əsaslı tualetlərin tikintisinin davam etdirilməsini, bərk və maye məişət tullantılarının emalı probleminin həllini nəzərdə tutur.

Tədqiqatlar uzun müddətdir ki, Hindistanın yüksək uşaq ölüm nisbəti ilə kənd yerlərində ənənəvi olaraq açıq havada, müxtəlif insanlar tərəfindən istifadə edilə bilən antisanitar yerlərdə tualetlərdən istifadə etməsi arasında əlaqəyə işarə edib. Bütün bunlar vəba və tif də daxil olmaqla bütün növ infeksiyaların yayılmasına səbəb olub. 

Bununla belə, Təmiz Hindistan proqramı həyata keçirildikcə, ənənəvi variantdan istifadə edənlərin payı durmadan azalıb - 2014-cü ildəki 33%-dən 2022-ci ildə 10%-dən bir qədər çox olub. Tədqiqatları "Nature” jurnalında dərc edilmiş bir qrup amerikalı və hindistanlı alim hesab edir ki, kənd evlərinin lazımi tualetlərlə təmin edilməsi ildə 60-70 min körpənin ölümünün qarşısını almağa kömək edir, həmçinin ana və uşaq ölümünü əhəmiyyətli dərəcədə azaldır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->