Xəbər lenti

Prezidentin həyat yoldaşının üzərindən rüşvət ittihamı götürüldü
Dünya 18:18 02.10.2024

Prezidentin həyat yoldaşının üzərindən rüşvət ittihamı götürüldü

Seul Mərkəzi rayon Prokurorluğu araşdırma apardıqdan sonra Cənubi Koreya prezidentinin həyat yoldaşı Kim Kon Hinin üzərindən rüşvət ittihamını götürüb. 

Qaynarinfo "The Korea Times”a istinadən xəbər verir ki, ittihamlar xanım Kimin hədiyyələr, o cümlədən 2,2 min dollar dəyərində "Dior” əl çantası alması ilə bağlı qalmaqaldan sonra irəli sürülüb.

Qalmaqal ötən ilin sonlarında baş verib. Həmin vaxt prezidentin arvadını dürüstlük baxımından sınamaq qərarına gələn və ona hədiyyə olaraq "Dior” çantasını gətirən Koreya əsilli amerikalı keşiş Çoy Jenin videosu internetdə geniş yayılıb. Keşiş əl çantasının alınması, qəbzinin göstərilməsi və hədiyyənin təqdim edilməsi prosesini lentə alıb. Xanım Kim təəccüblənir və deyir ki, belə bahalı şeylər verməyə ehtiyac yoxdur, amma əl çantasından imtina etmir. Video prezident Yun Sok-yolun reytinqinə böyük zərbə olur. Və nəticədə apreldə onun "Xalqın Gücü” partiyası parlament seçkilərində məğlub olur.

10 aylıq araşdırmadan sonra ittihamları götürən Seul Mərkəzi rayon Prokurorluğu keşişdən əl çantası və digər hədiyyələrin alınmasının xanım Kimin rəsmi vəzifəsi ilə bağlı olmadığını və o, heç bir şəkildə hədiyyə edənə əvəz vermədiyini bildirib. İstintaq müəyyən edib ki, əl çantasından heç bir şəkildə istifadə edilməyib.
Prokurorluq qeyd edib ki, rüşvətxorluğa qarşı mübarizə haqqında qanunda dövlət məmurlarının həyat yoldaşlarının cəzalandırılmasını nəzərdə tutan müddəalar yoxdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->