Xəbər lenti

Millimizin üzvü əməliyyat olundu
İdman 19:40 02.10.2024

Millimizin üzvü əməliyyat olundu

Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.

28 yaşlı sablyaçı apreldə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib.

Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.

Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->