Xəbər lenti

Aİ Rusiyadan gələn hibrid təhdidlərə qarşı sanksiya rejimini təsdiqlədi
Dünya 19:56 02.10.2024

Aİ Rusiyadan gələn hibrid təhdidlərə qarşı sanksiya rejimini təsdiqlədi

Oktyabrın 2-də Aİ səfirləri Rusiyanın hibrid təhdidlərinə yönəlmiş yeni sanksiyalar rejimi haqqında razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun Avropa məsələləri üzrə redaktoru Rikard Jozviak X (Twitter) səhifəsində məlumat verib.

O qeyd edib ki, mexanizm gələn həftədən qüvvəyə minəcək.

"Aİ-nin Rusiyanın hibrid hərəkətlərinə qarşı sanksiyalarının yeni mexanizmi Avropa İttifaqına üzv ölkələrin səfirləri tərəfindən təsdiqlənib”, - Jozviak yazıb.
Jurnalist daha əvvəl Aİ-nin ilk olaraq ümumi sanksiyalar rejimi tətbiq etmək istədiyini, lakin nəticədə Rusiyanın təhdidlərinə diqqət yetirmək barədə razılığa gəldiyini bildirmişdi.

Hələlik adlar yoxdur, lakin gələcəkdə əlavə olunacaq.

Qeyd edək ki, Aİ Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Bu sanksiyalar müxtəlif sahələri əhatə edir və Rusiyanın hərbi fəaliyyətini dayandırması üçün ona iqtisadi təzyiq göstərmək məqsədi daşıyır.
Sanksiyalar maliyyə, enerji, ticarət, nəqliyyat, viza və şəxsi sahələri əhatə edir.

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->