Xəbər lenti

Makronun istefası təklifi parlamentin hüquq komissiyası tərəfindən rədd edildi
Dünya 18:47 02.10.2024

Makronun istefası təklifi parlamentin hüquq komissiyası tərəfindən rədd edildi

Fransa Milli Assambleyanın Hüquq komissiyası Emmanuel Makronu vəzifədən kənarlaşdırmaq üçün ifrat solçuların (LFI) başlatdığı prosedura qarşı çıxıb. LFI partiyası prezidentin solçuların namizədi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina etməsindən sonra onun istefasını tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Hüquq komissiyasında təklifin lehinə 15,  əleyhinə 54 millət vəkili səs verib və bununla da ifrat solçuların başladığı prosedur dayandırılıb. Qaydalara görə, indi yalnız bütün deputat qruplarının rəhbərlərinin razılığı təklifin parlamentdə baxılmasını davam etdirməyə imkan verəcək. Bunun üçün iki həftə vaxt ayrılıb, bundan sonra ifrat solçuların təklifinin taleyi birdəfəlik həll olunacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->