XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Macarıstan sosializm dövrünə aid dövlət təhlükəsizlik orqanlarının arxivlərini açacaq
Dünya15:54 16.09.2026

Macarıstan sosializm dövrünə aid dövlət təhlükəsizlik orqanlarının arxivlərini açacaq

Macarıstan parlamenti sosializm dövrünün gizli polis orqanlarına aid on minlərlə məxfi işin dərc edilməsinin lehinə səs verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Məlumat bazası 1956-cı il üsyanının 70-ci ildönümündən bir gün əvvəl – oktyabrın 20-dən fəaliyyətə başlayacaq. Macarıstan vətəndaşları təxminən 65 min qeydin yer alacağı onlayn məlumat bazasına çıxış əldə edəcəklər.

1944–1989-cu illəri əhatə edən sənədlər, o cümlədən əməliyyat və agentura məlumatları dərc olunacaq. Bəzi hesablamalara görə, həmin dövrdə 150–180 min nəfər xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

"Kommunist dövrünün dövlət təhlükəsizlik sənədləri 1989-cu ildə kommunizmin süqutundan sonra da, 2010-cu ildə Viktor Orbanın hakimiyyətə gəlməsindən sonra da hakimiyyətin açmaq istəmədiyi bir sirr olub", – deyə Macarıstanın baş nazir müavini Bálint Rüff bildirib.

O, gizli polisin kommunist rejimi dövründə törətdiyi cinayətləri onilliklər ərzində cəmiyyətin üzərində dolaşan "kabus" adlandırıb.

Baş nazir Peter Macar isə arxivləri açacağına hələ seçki kampaniyası zamanı söz verib.

Aydın