Bakıda havada yayılan qoxu ilə bağlı məsələ araşdırılır.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, bu məsələ Nazirliyin diqqətindədir:
"Məsələ ilə bağlı bir azdan ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, axşam saatlarında Bakıda açıq havada dəhşətli
qoxu yayılıb. Bu qoxu Bakı sakinlərini təşvişə salıb. Bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir. Qoxu daha çox 3, 7, 8, 9-cu mikrorayonda, Dərnəgül
ətrafında, Gənclik və nərimanov rayonlarında hiss olunur.
Xatırladaq ki, Ekologiya Nazirliyi bu gün verdiyi açıqlamada
yanğının Bakının havasına ciddi şəkildə ziyan verdiyini bildirmişdi.
Bahar
Şərhlər