Ekonomiks 14:15 30.01.2024

Baku Electronics Bravo hipermarketdə! (VİDEO)

Baku Electronics Bravo marketlər şəbəkəsi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ilk Baku Electronics mağazası Bravo 20 Yanvar hipermarketində açılıb.

Mağazanın rəsmi açılış tədbiri 27 yanvar tarixində baş tutub. Tədbir rəsmi, interaktiv, əyləncə, müxtəlif müsabiqələr və musiqi hissəsindən ibarət olub. Açılış tədbirində şirkət rəhbərləri və qonaqlar iştirak edib. Mağazanı rəsmi olaraq alıcıların istifadəsinə verib. Açılış nitqindən sonra mərasimdə iştirak edən qonaqlara açılışa özəl keçirilən kampaniya haqqında məlumat təqdim edilib.

Bravo 20 Yanvar hipermarketdə yerləşən Baku Electronics mağazasında elektronika məhsullarının satışı həyata keçirilir. Mağazada yerli və xarici brendlərə məxsus müxtəlif məhsullar yer alır. Həmçinin açılış kampaniyasına özəl olaraq bütün məişət texnikası və televizorlarda "indi al 3 ay sonra ödə” kampaniyası keçirilir.
 
 
Bundan başqa Bravo 20 Yanvar hipermarketində yerləşən Baku Electronics mağazasında 50 %-dək endirim və bütün minik vasitələri ilkin ödənişsiz, faizsiz 15 ay, bütün smart-saatlar, aksesuarlar ilkin ödənişsiz, faizsiz 18 ay, smartfon, planşet və notbuklar ilkin ödənişsiz, faizsiz 15 ayadək hissəli ödənişlə təqdim olunur. Açılışa özəl kampaniya 5 fevral tarixinədək davam edir.


Xatırladaq ki, Baku Electronics elektronika və ev-məişət əşyalarının nağd, hissəli ödəniş və taksitli satışı ilə məşğul olur. Şirkət Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi brendlərin rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Baku Electronics haqqında xəbərlərdən, kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini əldən verməmək üçün şirkətin rəsmi səhifələrini izləməyi unutmayın.