Xəbər lenti

Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı (FOTO)
Foto 10:30 11.06.2024

Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı (FOTO)

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında növbəti iri həcmli kredit sazişi imzalanıb.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 4 il müddətinə 25 milyon ABŞ dolları məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.

Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə aqro, mikro, kiçik və orta müəssisələrin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək.

Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.

Bank Respublika – geniş regional xidmət şəbəkəsinə malik ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu gün bankın beynəlxalq tərəfdaşlarına dünya üzrə 30-dan çox maliyyə institutu daxildir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->