XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Leyla Əhmədova həbs olundu
Ölkə16:01 08.09.2026

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.