XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Koxalski "Qarabağ"dan bu kluba keçdi (RƏSMİ)
İdman14:40 08.09.2026

Koxalski "Qarabağ"dan bu kluba keçdi (RƏSMİ)

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb.

Qaynarinfo kluba istinadən xəbər verir ki, Polşanın "Vyeçista" klubunun futbolçu ilə bağlı təklifi və Koxalskinin şəxsi istəyi müsbət qarşılanıb. Tərəflər arasında aparılan danışıqların ardından transferlə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayından "Qarabağ"da çıxış edən 25 yaşlı qapıçı bu müddətdə 76 oyunda meydana çıxıb. O, komanda ilə Azərbaycan çempionu olub və UEFA Çempionlar Liqasında 40 seyvlə turnirin ən yaxşı göstəricilərinə malik qapıçılar sırasında yer alıb.