Xəbər lenti

Cənnət guşələri, qarlı nağıl aləmi... - Avropada qış tətili üçün ən yaxşı 10 məkan
Dünya10:43 07.11.2026

Cənnət guşələri, qarlı nağıl aləmi... - Avropada qış tətili üçün ən yaxşı 10 məkan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa qış aylarında həm qarla örtülmüş dağ mənzərələri, həm də günəşli istirahət məkanları ilə turistlərin diqqətini çəkir. 2026-cı il üçün qış tətilində səyahət etməyə dəyər ən yaxşı 10 istiqamət müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, siyahını "Euronews Travel" portalının komandası hazırlayıb.

Reytinqdə müxtəlif istirahət seçimləri nəzərə alınıb. Siyahıya xizək kurortlarından tutmuş Milad yarmarkaları, tarixi şəhərlər və isti iqlimi ilə seçilən bölgələrədək fərqli istiqamətlər daxil edilib.

Avropada qış tətili üçün seçilən 10 məkan:

1. Zermatt (İsveçrə) – Xizək sürmək və Alp dağlarının mənzərələrindən zövq almaq istəyənlər üçün.
2. Zefeld (Avstriya) – Qış gəzintiləri və qarlı mənzərələri ilə seçilir.
3. Strasburq (Fransa) – Milad ab-havası və bayram yarmarkaları ilə məşhurdur.
4. Əndəlüs (İspaniya) – Qışda günəşli və mülayim hava axtaranlar üçün.
5. Abisko (İsveç) – Şimal şəfəqlərini izləmək üçün əlverişli istiqamətdir.
6. Madeyra (Portuqaliya) – Şəlalələri və yaşıl meşələri ilə diqqət çəkir.
7. Brügge (Belçika) – Şokoladı və mənzərəli kanalları ilə tanınır.
8. Afina (Yunanıstan) – Antik məbədləri turist sıxlığı olmadan gəzmək istəyənlər üçün.
9. Budapeşt (Macarıstan) – Termal hamamlarda istirahət etmək istəyənlər üçün.
10. Vyana (Avstriya) – Musiqi və mədəniyyət həvəskarlarına tövsiyə olunur.

Siyahının lideri İsveçrənin Zermatt kurortudur. Bu məkan xüsusilə qış idmanı həvəskarları və möhtəşəm dağ mənzərələrini görmək istəyən turistlər üçün seçilib.

Beləliklə, Avropada qış tətili planlaşdıranlar üçün həm soyuq və qarlı, həm də daha isti iqlimə malik alternativlər təklif olunur.

Aydın