Xəbər lenti

Emin Əmrullayev: PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur
Ölkə13:45 08.09.2026

Emin Əmrullayev: PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

O qeyd edib ki, Azərbaycanın PISA nəticələri üzrə göstəriciləri sıçrayışdır:

"PISA nəticələrimizlə bağlı yaxşı xəbərlərdə ən böyük pay müəllimlərindir. Bugünkü nəticələrə əsasən ciddi artımdan danışırıqsa, bu, Azərbaycan müəllimlərinin uğurudur".

Nazir vurğulayıb ki, PISA müəllim faktorundan əlavə digər amilləri də ölçür:

"Tədqiqat nəticələrini ölçmək və bu nəticələr əsasında araşdırmalar aparmaq isə alimlərin işidir. Biz çox istərdik ki, alimlər bu istiqamətdə tədqiqatlar aparsınlar".