XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Maqazin16:49 08.09.2026

Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?

Müğənni Tacir Şahmalıoğlu xeyli çəki itirib.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni bir neçə ay əvvəl diabetlə bağlı əməliyyat keçirdiyini bildirib:

“Yüksək şəkər xəstəliyim var idi, narahatlıq verirdi. Bir neçə ay əvvəl İstanbulda əməliyyat olundum. Müalicəm effekt verdi və şəkərlə birdəfəlik vidalaşdım. Həkimlər arıqlamağımı istəyirdilər, amma nə etdimsə, mümkün olmadı. İndi hər ay çəki itirirəm".

Tacir Şahmalıoğlu sağlam şəkildə çəki itirdiyini də vurğulayıb:

“Xəstəliyim yoxdur, sağlam yolla arıqlayıram”.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2-ci tip şəkərli diabet metabolik xəstəlik olduğundan bu xəstəliyin müalicəsində tətbiq olunan əməliyyatlar metabolik və ya bariatrik cərrahiyyə adlanır:

“Bu zaman qanda şəkərin səviyyəsində stabillik əldə etmək üçün xüsusi əməliyyatlar icra olunur. Bunlardan biri mədə şuntlama əməliyyatıdır. Bu zaman mədənin həcmi azaldılır və qidanın mədədən onikibarmaq bağırsağa deyil, birbaşa nazik bağırsağa keçməsi təmin edilir. Bu zaman onikibarmaq bağırsaqdakı reseptorların insulin ifrazını stimullaşdırması baş vermir. Söhbət bundan gedir. Bu tip əməliyyatlardan sonra ağır çəkisi olan, bədən kütlə indeksi 40-dan yuxarı olan, yanaşı xəstəlikləri mövcud olan və şəkəri tənzimlənməyən xəstələrin vəziyyətində əhəmiyyətli stabilləşmə əldə olunur”.

Bahar Rüstəmli