İdman 10:46 27.02.2024

“Barselona” Dani Alveşi tarixindən “sildi”

"Barselona” bu yaxınlarda cinsi təcavüzə görə dörd il yarım həbs cəzasına məhkum edilmiş Dani Alveşi klub əfsanəsi statusundan məhrum edib.

Qaynarinfo-nun məlumatına görə, "Barselona”, ​​doqquz il altı ay həbs cəzasına, məhkum edilmiş, ölkədən çıxmasına qadağa qoyulmuş, həmçinin 150.000 avro təzminat ödəməyə məcbur edilmiş Dani Alveşi saytındakı əfsanələrin sırasından çıxarıb. "Sport” qəzetində dərc olunan "Cinsi təcavüzə görə” cəzası qətiləşəndən sonra "Barça” belə addım atıb. 

Yalnız Leo Messidən geridə qalan 43 titulla tarixin ikinci ən uğurlu futbolçusu olan Dani Alveş, "Barselona”nın formasında 408 oyun keçirib, üç Çempionlar Liqası, üç İspaniya Super Kuboku, üç Klublararası Dünya Kuboku, altı Liqa, dörd "Kral Kuboku” və dörd dəfə İspaniya Superkubokunu qazanıb.

125 illik tarixi boyunca 102 futbolçu katalon klubunun əfsanəsi statusunu qazanıb. Bu siyahıya sonuncu daxil olanlar Jordi Alba, Serxio Buskets və Jerar Pikedir.
 
Səbuhi Həsənov