Ekonomiks 12:03 21.02.2023

Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyula bilər

Samux şəhər bələdiyyəsinin sədri Cəfərov Xətahim Cəfər oğlunun ölkədən çıxışına "stop” qoyula bilər. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb vergi borcunun ödənilməməsi olub. 

Artıq Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edib. Samux Rayon Məhkəməsinin hakimi Tərifə Kərimovanın sədrliyi ilə keçiriləcək prosesdə şəhər bələdiyyəsinin sədri Xətahim Cəfərovun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırıla bilər.

Qeyd edək ki, Xətahim Cəfərov Samuxda tanınmış şəxsdir. Onun qızı Əminə Cəfərova da Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbin direktorudur.

Əhməd