Ekonomiks 18:25 07.03.2023

“BƏNÖVŞƏ” Qoparma bənövşəni!

Baku Electronics "Qoparma bənövşəni” sloqanı alrında "Bənövşə” layihəsinə start verib.

Hər il Azərbaycanda 15-17 yaş aralığında minlərlə qız uşağı erkən evliliyin qurbanı olur. Onlar ailələrin təzyiqi ilə erkən nikaha məcbur edilir. İllər keçdikcə bu say azalsa da, hələ də ölkəmizdə erkən nikah hallarının tam qarşısı alınmayıb. Xüsusilə də regionlarda erkən nikah hallarına daha çox rast gəlinir. Erkən yaşda evliliyin qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Baku Electronics 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində"Bənövşə” korporativ sosial məsuliyyət layihəsinə start verib. Layihənin məqsədi qızların erkən nikaha cəlb edilməsinin qarşısının alınması və cəmiyyətdə bu mövzuda təfəkkür formalaşdırılmasıdır. Erkən nikah hallarının azaldılması üçün cəmiyyətdə fərqindəliyi artırmağa yönəldilmiş layihə uzunmüddətlidir.
 
Baku Electronics "Bənövşə” layihəsini il boyu davam etdirməyi və layihə çərçivəsində fərqli tədbirlər keçirməyi düşünür. 
Erkən nikahlar cəmiyyətimizi gələcəyimizdən qoparır. Daha rəngli gələcək üçün bənövşələri qoruyaq!

Sözügedən layihənin videoçarxını sizə təqdim edirik.


Layihə sosial mediada #qoparmabənövşəni həştaqı ilə işıqlandırılıb. Böyük marağa səbəb olan layihə izləyicilər tərəfindən çox bəyənilib, həm də emosional təsir bağışlayıb. Şirkətin PR meneceri Nigar Mehdiyevanın sözlərinə görə,  "Bənövşə” layihəsi il ərzində diqqət mərkəzində olacaq və cəmiyyətdə bu həssas məsələdə daha sağlam fikrin formalaşdırılması üçün müxtəlif işlər görüləcəkdir.

Xatırladaq ki, Baku Electronics əvvəllər də korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif işlər görüb. 

Belə ki, şirkət bu il "100 arzu, 100 uşaq”sosial layihə, ekologiya sahəsində batareyaların toplanması və təkrar emalına yönülük ekoloji layihə, SOS uşaq kəndləri ilə bərabər bir çox xeyriyyə kampaniyalarını həyata keçirib.