Xəbər lenti

Bibiheybət yolundan xəbər var
Ölkə 17:51 12.12.2019

Bibiheybət yolundan xəbər var

Yaxın günlərdə Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda təmir-bərpa işlərinə başlanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, təmir-bərpa işləri AAYDA tərəfindən "Körpübinatikinti” şirkətilə birgə həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə saytımıza deyib ki, hazırda Bibiheybət qəsəbəsində sürüşmə hadisəsi müşahidə edilmir:

"Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->