Xəbər lenti

Binəqədidə yol problemi nə vaxt həll ediləcək? (VİDEO)
Video 09:41 20.07.2024

Binəqədidə yol problemi nə vaxt həll ediləcək? (VİDEO)

Bakının Binqədi rayonu, Binəqədi qəsəbəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər.

Binəqədi qəsəbəsinin sakinləri bildirirlər ki, havalar isinəndə tozdan, payızda isə yağış sularından və palçıqdan küçədə hərəkət etmək olmur.

Qəsəbə sakinləri iddia edirlər ki, 2013-ci ildən bu yana üz tutmadıqları qurum qalmayıb.

Sakinlər deyirlər ki, dəfələrlə öz vəsaitləri hesabına yaşadıqları əraziyə çınqıl döşəyiblər. Amma bu da problemi tam həll etmir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, Mikayıl Əkbərov küçəsinin əsaslı təmiri  asfaltlanmasına ehtiyac duyulan qəsəbədaxili yollar siyahısındadır. Rayon icra hakimiyyətinin tərtib etdiyi qrafikə uyğun olaraq mərhələli şəkildə həmin küçəyə də asfalt örtüyü döşənəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->