1997-ci ildə Edrian Laynın Vladimir Nabokovun eyni adlı romanı əsasında çəkdiyi "Lolita" filminin premyerası baş tutub. Baş rolları Dominik Sveyn və Ceremi Ayronz ifa ediblər. Film rus dilinə dublyaj olunub, əsas obrazları Vladimir Vixrov və Lüdmila İlyina səsləndiriblər.
Fransız ədəbiyyatı müəllimi olan Humbert Avropadan Yeni İngiltərənin kiçik bir şəhərinə köçür. Yüksək mədəniyyətə malik, savadlı və hazırcavab olan Humbert qadınlar arasında populyardır. Lakin onun qəlbi ilk sevgisinin xatirələri ilə yaralanıb. Öz ev sahibəsinin 12 yaşlı qızı Lolita ilə tanış olan Humbert itirilmiş cənnəti tapacağına ümid edir.
Film haqqında maraqlı faktlar:
1. Baş rollar üçün ilkin namizədlər
Humbert obrazı üçün əvvəlcə Dastin Hoffman dəvət edilib, lakin o, bu roldan imtina edib. Lolita rolu isə Natali Portmana təklif olunsa da, valideynlərinin qarşı çıxması və özünün də "yaşlı kişi ilə öpüşmək" istəməməsi səbəbindən imtina edib.
2. Səhnə detalları
Dominik Sveyn və Ceremi Ayronzun birgə səhnələrində aralarına yastıq qoyulub. İntim səhnələrdə isə aktrisanı dublyor əvəz edib, çünki ABŞ qanunlarına əsasən, yetkinlik yaşına çatmayan aktrisalar cinsi əlaqə səhnələrində iştirak edə bilməzlər.
3. Lolitanın yaşı dəyişdirilib
Filmin qəhrəmanının yaşı ictimai reaksiyadan ehtiyatlanaraq 12-dən 14-ə qaldırılıb.
4. Montaj edilmiş səhnələr
Böyük Britaniya və Fransa kinoteatrlarının tam versiyanı nümayiş etdirməkdən imtina etməsi səbəbilə bir sıra açıq səhnələr filmin yekun variantından çıxarılıb. Həmin səhnələr yalnız DVD versiyasında mövcuddur.
5. Avstraliyada yayıma məhdudiyyət
Filmin ilk yayımlanmasından sonra pedofiliyanın artması qorxusu ilə Avstraliyada ekranlara çıxarılması ləngiyib və yalnız 1999-cu ildə yayımlanıb.
6. Avropada yaş məhdudiyyəti
Avropada bu filmin diskləri yalnız yetkinlik yaşına çatmış şəxslərə satılır. Film Nabokovun romanının taleyini yaşayıb, çünki əsər vaxtilə İngiltərə, Fransa, Argentina, Yeni Zelandiya və Cənubi Afrika Respublikası kimi ölkələrdə qadağan edilmişdi. SSRİ-dən isə söhbət belə gedə bilməzdi. Müəllifin özü də romanın öz vətənində çap ediləcəyinə inanmırdı. Nabokov 1965-ci ildə yazırdı:
"Hazırkı dövr və adətlər elə bir vəziyyətdədir ki, mənə liberal rejimlə totalitar rejimi fərqləndirmək çətin olur. Yazıçı kimi, təxminən yarım əsrdir, mənim şərq şüurumda görünən qara ləkəyə alışmışam — belə olan halda, SSRİ-də "Lolita” nəşrlərini kim düşünə bilər?”
7. Romandan fərqlənən film
Film Nabokovun romanından fərqli olaraq, hadisələrin məhkəmə qarşısında təqsirləndirilən şəxs tərəfindən nəql edilməsi formatında qurulub.
8. Film üzrə təzyiqlər
"Lolita" filminin distribütörü "New Line Cinema” şirkəti olmalıymış, lakin rəhbərlik filmin nümayişindən imtina edərək rejissor Adrian Layna əsəri ekranlaşdırmamaq tövsiyəsini verib. Ona bildirilib ki, əgər bu "qüsurlu film"i yayımlasa, karyerasını itirəcək. Rejissor xəbərdarlıqları nəzərə almayıb və filmi az sayda nüsxə ilə təqdim edib. Şayiələr yayılaraq "ədəbsiz film" göstəriləcəyi deyildikdə isə kinoteatrlarda uzun növbələr yaranıb.
Alpər
Şərhlər