"Netflix" seriallarının ulduzu, amerikalı aktyor Terrell Karter etiraf edib ki, anası onu cəmi 11 yaşında dünyaya gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.
Karterin sözlərinə görə, onun anası 26 yaşlı bir qohumu tərəfindən zorlanıb. Aktyor bildirib ki, anası uşaqlıqdan sağlamlıq problemləri və əlilliklə üzləşib – o, doğularkən bir ayağı amputasiya edilib.
Ailəsi onun hamilə olduğunu bilməyib. Qohumlar qızın bədən çəkisindəki artımı dərmanların yan təsiri və şişlə əlaqələndiriblər. Onlar elə düşünürmüşlər ki, qızın daxili orqanları tam inkişaf etmədiyinə görə hamilə qala bilməz.
Karter deyib ki, doğulduğu fakt bir müddət ailə tərəfindən gizlədilib. Onun sözlərinə görə, nənəsi ailənin sabitliyini qorumağı gerçəklikdən daha vacib sayırmış.
Aktor əlavə edib ki, anası zehni geriliyə malik olub və demək olar, danışa bilmirmiş. O, beş yaşında anlayıb ki, artıq zehni baxımdan anasından daha inkişaf edib. Karter bu hekayəni paylaşmaqla aztəminatlı və zorakılığa məruz qalan ailələrdən olan insanlara öz hekayələrini danışmaq üçün cəsarət vermək istədiyini vurğulayıb.
Terrell Karter "İmperiya”, "Atıcı”, "Qaranlıq tonlarda gözəllik” və "Dəlisov qaradərili qadının gündəliyi” kimi layihələrdəki rolları ilə tanınır.
Aydın
Şərhlər