Ekonomiks 17:34 01.07.2022

"Bravo" şəbəkəsində nə baş verir? - Əsas sahibi dəyişdi

Azərbaycanın aparıcı ticarət şəbəkəsi olan «Bravo»nun idarəçisi «Azerbaijan Supermarket»in sahibləri məlum olub.

Belə ki, son bir ildə şirkətin səhmdarları dəyişib. Belə ki, ötən il, «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri Mir Calal Paşayev – 1 000 paya və ya 50%, «Ideal Biznes Ko» MMC - 500 pay və ya 25%, «Yevro Standard» MMC - 500 pay və ya 25% idi.

2022-ci ilin əvvəlinə açıqlanan hesabata görə isə şirkətdə payların 50%-nə nəzarət edən Mir Calal Paşayev təsisçilikdən uzaqlaşıb. Onun payına indi «Fly Group» MMC sahiblik edir.
 


Nəticədə hazırda «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri belədir: «Fly Group» MMC – 1 000 paya və ya 50%, «Ideal Biznes Ko» MMC - 500 pay və ya 25%, «Yevro Standard» MMC - 500 pay və ya 25% idi.

Bundan başqa, qeyd edək ki, «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri sırasında adları çəkilən «Ideal Biznes Ko» MMC və «Yevro Standard» MMC də ölkədə iki bankın təsisçilərindəndir.

Belə ki, İdeal Biznes Ko MMC və Euro Standart MMC ölkənin aparıcı banklarından olan «Xalq Bank»ın səhmlərinin müvafiq olaraq 50% və 33,85%-nə, yəni ümumilikdə 83,85%-nə nəzarət edir.

Bundan başqa, «Euro Standard» MMC, ölkənin ən kiçik banklarından olan «Bank Avrasiya»nın 37,5% səhminə sahibdir.// Fed.az