Xəbər lenti

Dünya 18:18 21.04.2024

Britaniya MN: "Rusiya Ukraynada ən azı 100 hərbi təyyarəsini itirib"

Rusiyanın səsdən sürətli bombardmançı təyyarəsinin (Tu-22M3) qəzaya uğraması Ukraynanın Rusiya Hərbi Hava Qüvvələrinə qarşı mübarizədə növbəti uğurudur.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.

"İlk dəfədir ki, strateji bombardmançı Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulur. Çox güman ki, Rusiya artıq ən azı 100 təyyarə itirib", deyə hesabatda qeyd edilir.

Almaniyanın "Bild" nəşrinin analitiki Julian Röpke isə bildirib ki, Tu-22M3 bombardmançısı "Patriot" kompleksindən vurula bilərdi. 

Səsdən sürətli strateji bombardmançı Ukraynanı növbəti dəfə atəşə tutandan sonra Mozdokdakı bazasına qayıdan zaman Stavropol diyarında Boqomolov fermasının yaxınlığında qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi texniki nasazlığın düşməyə səbəb olduğunu iddia edir. Röpke bunu "son dərəcə qeyri-mümkün" hesab edir və qeyd edir ki, videoda təyyarənin sağ mühərrikinin yandığı görünür.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri "Patriot"dan istifadə edərək Rusiyanın A-50 uzaqmənzilli radar aşkarlayan və idarə edən təyyarəsini vurmağa nail olub. "Bild"in məlumatına görə, "Patriot"un Ukrayna xidmətində uçuş məsafəsi təxminən 200 km-dir. Bununla belə, Tu-22M3 Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazidən 370 km aralıda qəzaya uğrayıb. Röpke deyib ju, Ukrayna raketi təyyarəni yerə düşməmiş vurub. Ekipaj onu xilas etməyə çalışıb və zədələnmiş mühərriklə bir neçə dəqiqə ərzində təxminən 170 km uça bilib, lakin sonra yenə də qəzaya uğrayıb. 

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->