Xəbər lenti

Dünya 13:57 23.04.2024

Britaniyaya qanunsuz daxil olan hər kəs Ruandaya köçürüləcək - Qanun layihəsi

Böyük Britaniya parlamenti miqrantların Ruandaya göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır

Sənəd yanvarın 17-də İcmalar Palatası tərəfindən üçüncü oxunuşda təsdiqlənib, lakin Lordlar Palatası bütün bu müddət ərzində düzəlişlərin edilməsində israr edir. Qanunun qəbulu aprelin 23-də yekunlaşacağı gözlənilir.

Martın sonunda Lordlar Palatasında qanunla bağlı səsvermə keçirilib, sonra qanun layihəsinin qəbulu aprel ayına qədər təxirə salınıb. "The Guardian” yazır ki, parlament üzvləri sənədin beynəlxalq hüquq normalarına uyğun gəlməməsi ilə bağlı layihəyə düzəlişin lehinə səs veriblər. Bugünkü səsvermənin nəticələri yalnız gecə yarısı əldə edilib - Baş nazir Rişi Sunak, deputatlar Parlament binasında gecələməyə məcbur olsalar belə, qanun layihəsinin qəbulunun bütün mərhələlərini çərşənbə axşamına qədər tamamlamaqda israr edib.

Qeyd edək ki, Böyük Britaniya höküməti 2021-ci ildən təşəbbüsü qəbul etməyə çalışırlar. Onun mahiyyəti Birləşmiş Krallığa qanunsuz daxil olan hər kəsi Ruandaya köçürməkdir. Məhz bu Afrika ölkəsində qeyri-qanuni immiqrantların Böyük Britaniyada sığınacaq üçün müraciətlərə baxılmasının nəticəsini gözləyəcəkləri planlaşdırılır. 2023-cü ilin noyabrında Britaniya Ali Məhkəməsi belə bir sxemi qeyri-qanuni elan edib. Məhkəmə qərarına əsasən, Afrika ölkəsi siyasi sığınacaq axtaranlar üçün təhlükəlidir.

Britaniya mediası qeyd edir ki, qanun layihəsinin qəbulu Britaniya hökumətini Avropa İnsan Haqları Məhkəməsində iddialara məruz qoya bilər, çünki krallıq Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb. Avropa Məhkəməsi daha əvvəl Ruandaya sığınacaq axtaranların göndərilməsini qadağan edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->