Xəbər lenti

Ölkə 17:25 09.12.2023

BŞTİ-nin keçmiş əməkdaşı məhkəmə qarşısında - Nədə ittiham olunur?

Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Şahin Təhməzov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. 

Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İş üzrə Bakı Şəhər Təhsil İdarəsi zərərçəkən qismində tanınıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?