Xəbər lenti

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək
Ekonomiks 09:46 08.10.2025

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək

Dövlət ehtiyacları üçün tikinti işlərinin altına düşən mindən çox mülkiyyətə görə kompensasiya veriləcək. Şəmkir rayonunda bəzi mülkiyyətçilərə kompensasiya ödəniləcək. 

Qaynarinfo-nun İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb. 

Məlumata görə, Şəmkirçay təzyiq paylayıcı kollektorunun və suvarma şəbəkəsinin tikintisi layihəsi çərçivəsində bəzi torpaq sahələri tikinti altına düşüb. 

Həmin torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması ilə bağlı hazırlıqlara başlanılıb.

Məlumata görə, kompensasiya ödənişləri Şəmkir şəhəri, Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Sabirkənd, Şiştəpə, Dəllər, Cəyir, Yeni Həyat, Qədim qala, Çaparlı, Keçili, Əliyaqublu, Çaparlı, Dəllər Cırdaxan, Dəllər Daşbulaq, Çinarlı qəsəbəsi, Düzqışlaq, Qaracəmirli, Qılıncbəyli, Yeni yol, Qarabağlar, Nərimanlı, Könüllü, Aşağı Seyfəli, Abbaslı, Mahmudlu kəndləri üzrə 953 xüsusi mülkiyyəti və 228 bələdiyyə mülkiyyətini əhatə edəcək. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti kompensasiyanın hesablanması üçün qiymətləndirmə işlərini həyata keçirəcək qiymətləndirici axtarışındadır. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->