Xəbər lenti

Ağ Ev: Tramp İrana qarşı hava zərbələrini istisna etmir
Ölkə23:59 12.01.2026

Ağ Ev: Tramp İrana qarşı hava zərbələrini istisna etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, Prezident Trampın çox yaxşı bacardığı məqamlardan biri bütün variantları daim masada saxlamaqdır.
Hava zərbələri Ali baş komandanın ixtiyarında olan çoxsaylı variantlardan yalnız biri ola bilər. Diplomatiya isə prezident üçün həmişə birinci seçimdir”, - Ağ Ev rəsmisi qeyd edib.