Neftçala rayonunda mağazadan siqaret və araq oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Neftçala Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə mühakimə olunan müttəhimlər Namiq Həsənov (şərti) və Nihat Aminov (şərti) müvafiq olaraq 1 il 3 ay və 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onlar oğurluğu Neftçala rayonunda və Mayak qəsəbəsində törədib. Mağazalardan əsasən siqaret, araq və kolbasa oğurlayıblar. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hər iki şəxs saxlanılıb. Məhkəmə zamanı müttəhimlər verilmiş ittihamlar özlərini təqsirli biliblər.
Seyid
Şərhlər