İki gündür şiddətli döyüşlərin getdiyi Tovuzun Ağdam kəndi istiqamətində gecə saatlarından etibarən nisbi sakitlikdir.
"Yeni Müsavat" qəzetinin Ağdam kəndinə ezam olunan reportyor qrupu xəbər verir ki, dünən saat 20:00 radələrindən etibarən atəş səsləri səngiyib. Gecə saatlarında isə fasilələrlə qarşılıqlı atışma olub.
Bir neçə saatlıq sükut isə saat 7:00-da pozulub. Bu dəfə də ermənilərin atəş zərbələrinə Azərbaycan ordusu tərəfindən cavab verilib.
Hazırda Ağdam kəndi ərazisi polis və hərbçilər tərəfindən ciddi nəzarətdədir. Kəndə yalnız sakinlərin girişinə icazə verilir.
Şərhlər