1940-cı ilin əvvəllərində Böyük Britaniya və Fransa Finlandiya üzərindən hücum edərək SSRİ-yə qarşı müharibəyə başlamaq niyyətində olublar.
Qaynarinfo xəbər verir ki, "RİA Novosti" bu barədə Rusiya Dövlət Hərbi Arxivinin Prezident Kitabxanasının dərc etdiyi sənədə istinadən məlumat yayıb.
Arxiv sənədlərində qeyd edilir ki, 1940-cı ilin martında Britaniya parlamentinin üzvləri Londonun SSRİ-yə zərbə endirmək planlarını pozduğuna görə "qəzəbləniblər". Qeyd edilir ki, Böyük Britaniya və Fransa 1940-cı ilin əvvəllərində SSRİ-yə qarşı münaqişəyə başlamaq, Sovet İttifaqının o zaman müharibə apardığı Finlandiyadan zərbə endirmək, Leninqradı nəzarətə götürmək, Qafqaza zərbələr endirmək, oradakı (Bakıda) neft yataqları dağıdıb məhv etmək niyyətində idilər. Lakin faşist Almaniyasının Qərbi Avropadakı hərbi uğurları, eləcə də Finlandiya-Sovet müharibəsinin martın 12-də başa çatması səbəbindən bu planlar gerçəkləşməyib.
"Bu gün mən parlamentin iclasında idim, burada baş nazir Nevil Çemberlen SSRİ ilə Finlandiya arasında sülhün bağlanması haqqında məruzə etdi və İngiltərə və Fransanın Finlandiyaya açıq müdaxiləsinin nə qədər böyük təhlükə olduğunu bir daha gördüm", deyə SSRİ-nin İngiltərədəki səfiri İvan Mayski Moskva yazıb.
Diplomat qeyd etdi ki, Britaniya parlamentinin üzvləri "qəzəb" nümayiş etdirib və Sovet İttifaqına qarşı hər hücumu fırtınalı bəyənmə ilə qarşılayıblar.
Qeyd edək ki, şənbə günü NATO-nu yaradan Şimali Atlantika Müqavilənin qüvvəyə minməsinin 75-ci ildönümüdür. 1949-cu ildə sənədi 12 ölkə imzalayıb. Hazırda alyansa 32 dövlət daxildir.
Aydın
Şərhlər