Ekonomiks 22:37 08.06.2023

Bu şirkətlər ölkədən valyuta çıxarıb, amma... (ADLAR)

Azərbaycanda daha üç şirkət avans yolu ilə ölkə xaricinə valyuta çıxardığına görə məhkəməlik olub. 

Qaynarinfo-nun məlumatına görə, "Az.Triko.Tekstil-2009" MMC, "Sumqayıt Tekstil” MMC və "Farko” MMC barəsində protokol tərtib edilib.

Hər üç şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. MMC-lərin hər birinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Maddənin tələblərinə əsasən, hər üç şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokolara Abşeron Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkətləri ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Əhməd