Xəbər lenti

İdman 01:49 25.02.2026

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı (YENİLƏNİB)

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

Çempionlar Liqası
Pley-off
Cavab oyunu

25 fevral
Nyukasl (İngiltərə) - Qarabağ (Azərbaycan) 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 - Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57.
Nyukasl: 32. Aaron Ramsdeyl, 2. Kiran Trippyer (k), 4. Sven Botman, 7. Joelinton, 8. Sandro Tonali, 11. Harvi Barnes, 18. Uilyam Osula, 23. Ceykop Mörfi, 27. Nik Voltemade, 33. Dan Börn, 37. Aleks Mörfi.
Ehtiyat oyunçular: 1. Nik Pope, 26. Con Ruddi, 58. Aydan Harris, 3. Lyuis Holl, 9. Yoan Vissa, 10. Antoni Qordon, 20. Antoni Elanqa, 28. Co Uillok, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya).
VAR: Daniele Kiffi (Almaniya).
AVAR: Kristian Dingert (Almaniya) .
Nyukasl, "St. Ceyms Park”.
İlk oyun - 6:1.
--> -->