Xəbər lenti

DÇ-2026 Meksikadan alınıb, başqa ölkəyə verilə bilər
Dünya 17:32 24.02.2026

DÇ-2026 Meksikadan alınıb, başqa ölkəyə verilə bilər

Qarşıdan gələn futbol üzrə dünya çempionatının oyunları təhlükəsizlik orqanları və narkotik kartelləri arasındakı qarşıdurma səbəbindən Meksikadan köçürülə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic" yazıb.

Nəşrin mənbəsinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) rəsmiləri vəziyyətin nəzarətdən çıxması halında müxtəlif variantları araşdırmağa başlayıblar. Təhlükəsizlik rəsmiləri və kommersiya tərəfdaşları ciddi narahatlıqlar bildirərsə, oyunların köçürülməsinə yalnız son çarə kimi baxılacağı gözlənilir.

2026-cı il Dünya Kuboku 2026-cı ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir 11 iyun - 18 iyul tarixləri arasında baş tutacaq.

Aydın
--> -->