Xəbər lenti

Çimərliyə gedənlərə xəbərdarlıq - Baş verən zəlzələlər çökəkliklər yaradıb (VİDEO)
Video 22:05 17.06.2024

Çimərliyə gedənlərə xəbərdarlıq - Baş verən zəlzələlər çökəkliklər yaradıb (VİDEO)

Baş verən zəlzələlər xəzərin sahil hissələrində də çökəkliklər yaradıb.


Hövsan qəsəbəsi ərazisindəki çəkiliş apardiğimiz bu çimərlikdə də əslində çimmək tövsiyə edilmir lakin demək olar ki, ərazidə yaşayan sakinlərin əksəriyyəti elə bu əraziyə üz tuturlar.


Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək isə batma təhlükəsini birə-beş artırır.

Məsələ ilə bağlı FHN-dən "Xəzər Xəbər”ə verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.


Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur. 


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->