Xəbər lenti

Çin Tayvana silah satışına görə ABŞ nəhənginə qarşı sanksiya tətbiq etdi
Ölkə 18:38 21.06.2024

Çin Tayvana silah satışına görə ABŞ nəhənginə qarşı sanksiya tətbiq etdi

Çin hakimiyyəti ABŞ ən nəhəng silah istehsalçılarından olan "Lockheed Martin” şirkətinə qarşı sanksiyalar tətbiq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir https://www.mfa.gov.cn/web/system/index_17321.shtml . 
Şirkət Tayvanı silahla təmin edir.

Daha əvvəl ABŞ Dövlət Departamenti Tayvana təxminən 60,2 milyon dollar dəyərində Switchblade-300 sistemlərinin və bu sistemlər üçün avadanlıqlarının, həmçinin 300 milyon dollar dəyərində ALTIUS 600M-V pilotsuz uçuş aparatlarının satışını təsdiqləyib. 

Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ səlahiyyətliləri Çinin Tayvan bölgəsinə silah satışını elan etməklə "bir Çin” prinsipini və üç Çin-ABŞ kommunikesini pozub. Çin Xarici İşlər Nazirliyi bunu Çinin daxili işlərinə müdaxilə və Çinin suverenliyinə ziyan vurmaq hesab edir.

Məhdudiyyətlərdən təsirlənən şirkətlər "Lockheed Martin Missile System Integration Lab”, "Lockheed Martin Advanced Technology Laboratories”, "Lockheed Martin Ventures”, həmçinin "Lockheed Martin”in baş direktoru Ceyms Tayklet, baş əməliyyat direktoru Frenk Sent-Con, baş maliyyə direktoru Cey Malav
edir. Çində bu şirkətlərin əmlakı dondurulacaq, fiziki şəxslərin Çin ərazisinə daxil olması qadağan ediləcək. Məhdudiyyətlər iyunun 21-dən qüvvəyə minir.
Xatırladaq ki, may ayında Çin artıq Tayvana silah satan üç ABŞ şirkətinə qarşı sanksiyalar tətbiq edib: "General Atomics Aeronautical Systems”, "General Dynamics Land Systems” və "Boeing Defence, Space & Security” məhdudiyyətlərə məruz qalıb. Bu şirkətlərə mallarını idxal etmək və Çinə investisiya qoymaq qadağan edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->