Xəbər lenti

COP29 keçirilən ərəfədə Bakıda toy-nişan olmayacaq?  - Şadlıq evləri nə deyir
Ölkə 12:49 16.07.2024

COP29 keçirilən ərəfədə Bakıda toy-nişan olmayacaq?  - Şadlıq evləri nə deyir

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-25 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. 

Məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayın qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir. Hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq da edildiyi bildirilir.
Doğrudanmı COP 29 keçirilən ərəfədə Bakıda toy olmayacaq?

Qaynarinfo bu sualın cavabını Bakıda fəaliyyət göstərən şadlıq evlərində axtarıb. 

"Sərin” şadlıq sarayından Qaynarinfo-ya bildiriblər ki, COP 29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür:

"Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.

"Venera” şadlıq evindən də həmin tarixə sifariş qəbul edilmədiyi vurğulanıb:

"Bilmirik, biz də qalmışıq belə. Ölkədə vəziyyət başqadır. Hələ ki, həmin günlərə sifariş götürülmür. Bir neçə günə bizə məlumat verəcəklər, bu səbəbdən də sifarişi dayandırmışıq. Məsələyə aydınlıq gətirilsin, sonra”.
 
"Kəmalə-Nərmin” şadlıq evi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:

"Bizə heç nə deməyiblər. Şayiəni camaat yayır. COP 29-un toya nə aidiyyatı? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatı toyunu ləngidirlər”. 

"Yeganə” şadlıq evi isə həmin tarixə sifariş götürdüyünü açıqlayıb:

"Hazırda sifariş götürürük. Bizə aidiyyatı qurumlardan hər hansı məlumat daxil olmayıb, heç nə deyilməyib”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->