Xəbər lenti

Daha 4 rayonda “Açıq mikrofon” qurulacaq
İdman 12:48 19.08.2023

Daha 4 rayonda “Açıq mikrofon” qurulacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-dək "Açıq mikrofon” aksiyası keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü Ağstafa rayonu, Poylu kəndində (poçtun qarşısı), 2-ci günü Qazax rayonu, Çaylı kəndində (Şəhidlər xiyabanının yanı), 4-cü günü Tovuz rayonu, Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Gədəbəy rayonu, Arıqdam kəndində (kənd orta məktəbinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->