Daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Qaynarinfo xəbər verir ki, cəsəd Suqovuşanda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.
Qeyd edək ki, bu günə qədər Qarabağda hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1707 erməni hərbçinin cəsədi aşkarlanıb.
Şərhlər